teammed.az

EVDƏ TİBBİ XİDMƏT

TİBBİ XİDMƏTİ EVİNİZƏ ÇAĞIRIN!

Senior man in nursing home with dumbbells doing physiotherapy with help from nurse.

Sağlamlığınız öncəliyimizdir!

Klinikanın “Evdə tibbi xidmət” şöbəsi fəaliyyət göstərir. Müraciətlərə əsasən peşəkər həkim və tibb bacıları pasientin evində və iş yerində müvafiq tibbi müayinə və müalicələri yüksək səviyyədə həyata keçirirlər.

Məqsədimiz xalqımıza yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərmək, reabilitasiya üçün vətəndaşlarımızın xarici ölkələrdə deyil, məhz öz vətənlərində tibbi xidmətlər almalarını təmin etməkdir.

Bəzən olduğumuz məkanı tərk edə bilmirik. Səhhətimiz də zamana və məkana tabe olmur. Belə olan halda ən böyük köməyimiz tibbi xidmətin yanımıza - evimizə və ya olduğumuz məkana gəlməsidir. TEAMMED EVDE TİBBİ XİDMƏT-in hər an və hər ünvanda pasiyentlərinin sağlamlığının keşiyində durmaq üçün ÜNVANDA TİBBİ XİDMƏT layihəsi ilə pasiyentlərinin yanındadır. Xidmət həm də xəstəxanada növbə gözləməyə, marşrut istiqamətini dəyişməyə, tıxacda qalmağa, komfortunu pozmağa ehtiyac olmadan rahat və komfortlu tibbi xidmət almaq üçün ən optimal üsuldur. Bir zənglə olduğunuz ünvana gələcəyik.

Bizi izləyin