Mən, tibb işçisi kimi humanist peşə sahəsində fəaliyyətimə başlayarkən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək səhiyyəmizin tarixi ənənələrinə sadiq qalacağıma,insanlara keyfiyyətli tibbi xidmət göstərəcəyimə,onlarla münasibətdə qeyri-etik davranışa yol verməyəcəyimə, həmkarlarımla və xəstələrlə münasibətimi hörmət və ləyaqət əsasında quracağıma, peşə fəaliyyətim zamanı baş verənləri, gördüklərimi və eşitdiklərimi bir sirr olaraq saxlayacağıma, tibb işçisi adını və şərəfini hər zaman uca tutacağıma təntənəli surətdə and içirəm! Qoy həyatımda nəsibim olacaq xoşbəxtlik və insanların mənə rəğbəti, andıma sadiq qalmağımın təsdiqi olsun!